14 Iyun 2026, Bazar günü
DÇ-2026: ABŞ millisindən əla start
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
Amin Seydiyev “Zirə”yə keçdi

Digər idman növləri

Qaşım Maqomedov “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb

Azərbaycan taekvondoçusu, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.

Futbolxeber.az saytına bu barədə Taekvondo Federasiyasından məlumat verilib.

Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) mükafatlandırma mərasimi keçirilib. Qala gecədə idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.

Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30