10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Digər idman növləri

İlk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacağıq

Azərbaycan badminton üzrə dünya çempionatında ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avqustun 25-31-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu cütlüyü və qarışıq-qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31