14 Avqust 2026, Cümə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Millimiz Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.

Futbolxeber.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komanda bu gün Sloveniyaya yola düşüb.

Yığma burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra voleybolçular Yunanıstana yollanacaqlar. Bu ölkədəki hazırlıq prosesi isə mayın 24-dək davam edəcək. Toplanışlarda millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, yığma ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31