15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

FİDE reytinqi: Məmmədyarovla 2, Rəcəbov 4 pillə gerilədi

Azərbaycanın aparıcı şahmatçıları FİDE-nin aprel ayı üçün açıqladığı reytinq siyahısında geriləyiblər.

Futbolxeber.az saytının məlumatına görə, kişi qrossmeysterlərdən Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov (2692) 39-cu, Rauf Məmmədov (2657) 69-cudur. Ötən ayla müqayisədə Məmmədyarovla Məmmədov 2, Rəcəbov 4 pillə geriləyib.

Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.

Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cüdür. Onlar ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.

Qadınların reytinq cədvəlində Yifan Hou (Çin, 2633) birincidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30