8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

İsveçrənin Lozanna şəhərində Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, sənədi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Polşa Milli Antidopinq Agentliyinin rəhbəri Mixal Rinkovski imzalayıblar.

Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Bundan əlavə, Memorandum çərçivəsində gələcəkdə müxtəlif sahələri əhatə edən spesifik ikitərəfli müqavilələrin imzalanması da planlaşdırılır ki, bu da əməkdaşlığın davamlı və sistemli şəkildə inkişafını təmin edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31