2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Millimizin baş məşqçisi: “Avropa çempionatında çox güclü qrupda mübarizə aparacağıq”

“Çox güclü qrupda mübarizə aparacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi federasiyanın mətbuat xidmətinə açıqlamasında iştirak edəcəkləri qarışıq komandaların Avropa çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis yarışın gənc idmançılara böyük təcrübə qazandıracağını bildirib: “Biz çox güclü qrupda mübarizə aparacağıq. Bu yarış idmançılarımız üçün mühüm təcrübə olacaq. Burada dünyanın müxtəlif ölkələrindən güclü badmintonçular iştirak edəcək. Bizim komandamızda 14 yaşında idmançı da var. Onu heyətə cəlb etməkdə əsas məqsədimiz belə bir yarışda təcrübə qazanmasına şərait yaratmaqdır. Ümumiyyətlə, millimizin yarısı gənclərdən ibarətdir”.

Qeyd edək ki, Avropa çempionatı fevralın 12-dən 16-dək Bakı İdman Sarayında təşkil olunacaq. Azərbaycan millisi Danimarka, İngiltərə və İspaniya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31