Digər idman növləri
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib.
Futbolxeber.az saytının Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni Olimpiya tsikli ərəfəsində yığmaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər edilməsi barədə qərar qəbul olunub.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni məşqçi təyinatlarını şərh edərkən bildirib ki, bu dəyişikliklər qurumun qlobal səviyyədə rəqabət apara biləcək elit cüdo komandasının formalaşdırılması istiqamətində atdığı mühüm addımdır: “Cəlb edilən yeni əcnəbi mütəxəssislərin hər biri fərqli cüdo məktəbini təmsil edir və bununla da ən yaxşı təcrübələrdən istifadə imkanlarımız genişlənir. Bu, eyni zamanda yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır. Əminik ki, daha da gücləndirilmiş məşqçi heyətimiz federasiyanın qarşısına qoyduğu məqsədlərə çatmaqda öz dəyərli töhfələrini verəcəklər”.
Qeyd edək ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman yığmaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini də davam etdirəcək. Elxan Məmmədov kişilərdən ibarət millinin böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət yığmanın baş məşqçisi kimi çalışıb.
Həmçinin indiyə qədər Polşa, Avstriya və Belçika milli komandalarında baş məşqçi və böyük məşqçi kimi çalışmış Robert Kravçik də kişilərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik edən R.Kravçikin yetirmələri Olimpiya Oyunları, Avropa Oyunları və çempionatlarının dəfələrlə mükafatçıları olublar.
Gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi olmuş Rüstəm Alimliyə həvalə edilib. Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi isə indiyə qədər bu komandada məşqçi kimi çalışan Emin İskəndərov təyin edilib.
Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu komandalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məhşur “Tokai” Universitetinin məzunu olan K.Sasaki 2016-cı ildən etibarən Yaponiya və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin Olimpiya heyəti üzrə və gənclərdən ibarət yığmanın köməkçi məşqçisi kimi fəaliyyət göstərib. K.Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Federasiya ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qadınlardan ibarət yığmanın baş məşqçisi vəzifəsinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan A.Abdullatif daha əvvəl Fransanın gənc və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb, son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçıları olublar.
Saşa Herkenrat-Vimar isə qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik edən mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Gəncədə qalib aşkarlanmadı
- Millimiz FIFA reytinqində irəlilədi
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
19:51
“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər
-
19:33
"Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır FOTOLENT
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
-
17:52
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
-
17:39
“Çelsi”nin yarımmüdafiəçisi “Napoli”nin hədəfində
-
17:14
“Barselona”dan “Sabah”ın U-19 komandasına 7 cavabsız qol
-
16:48
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
16:21
“Araz-Naxçıvan” üçün seminar keçirilib
-
16:03
“Şamaxı” 8 min manat cərimələndi
-
15:56
“Turan Tovuz”un müdafiəçisi 3, “Sumqayıt”ın üzvü 1 oyunluq cəzalandı
-
15:47
Gəncədə azarkeş rekordu, bayram ab-havası, gərgin mübarizə VİDEO
-
15:39
AFFA Yunis Hüseynovu 3 oyunluq cəzalandırdı
-
15:25
Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib VİDEO
-
14:52
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
14:34
Quba Olimpiya Kompleksinin stadionunun ot örtüyü süni olacaq
-
14:18
“Qarabağ” - “Sumqayıt” oyununun biletləri satışda
-
13:41
İcraiyyə Komitəsinin üzvündən “Sabah”, yoxsa “Qarabağ” sualına maraqlı cavab VİDEO
-
13:20
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
-
12:57
Amerika kubokuna bu ölkə ev sahibliyi edəcək
-
11:36
“Mançester Yunayted” axtardığı hücumçunu Səudiyyə Ərəbistanıda tapdı
-
11:19
42 yaşlı Tiaqo Silva müqaviləsini yeniləyir
-
10:45
“Mançester Yunayted”in futbolçusunun qırmızı vərəqəsi ləğv olundu
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
"Arsenal" - "Borussiya" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
CEV Çempionlar Liqası: "Turan" ilk oyununa çıxır
-
09:54
Ronaldo 987-ci qolunu vurdu
-
09:31
"Real" ikinci hissədə coşdu VİDEO
-
09:17
II Liqada hakim təyinatları
-
09:00
"Qalatasaray" "Aston Villa"nı məğub etdi VİDEO
-
21:02
Andrey Arşavin Bakıya gəlib
-
20:38
Daha bir boksçumuz Avropa çempionu oldu
-
19:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
25.11.2026
24.11.2026
























