2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

AMADA antidopinq mövzusunda maarifləndirici seminar keçib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
 
Futbolxeber.az saytına AMADA-nın mətbuat xidmətindən verilən məlumatına görə, seminarda “Təhsil” Respublika İdman Mərkəzinin uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi müəllimləri, direktorları, yeniyetmə və gənc idmançılar iştirak ediblər.
 
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.
 
AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov antidopinq qaydaları, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər.
 
Qaydalara əsasən, idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı, məkan məlumatını təmin etməlidir.
 
İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Sonda AMADA-nın əməkdaşı Q.Səfərova “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşəkkürnamə təqdim olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31