15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Qubada gimnastika turniri start götürdü

Bu gün Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turnirinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, üç gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq. 
 
Gimnastlar kiçiklər (2017-2018), balacalar (2014-2016), yeniyetmələr (2012-2013) və gənclər (2009-2011) yaş kateqoriyasında çıxış edirlər. Yarışda 26 klubu təmsil edən 255 idmançi iştirak edir.
 
Açılış mərasimdə Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov çıxış edib. O, bu cür yarışların bölgələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin, Cavid Seyidov Qubanın əvvəllər də gimnastika yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb və qeyd edib ki, bu il Quba Azərbaycanın idman paytaxtı elan edilib və buna görə də burada müxtəlif idman növləri üzrə yarışlar keçirilir. C. Seyidov ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısını xüsusi vurğulayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31