2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Şuşada keçiriləcək turnirin sonuncu iştirakçısı məlum oldu

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə (2808) razılıq əldə edib.

O, blits üzrə komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrossmeysterlər rapid və blits üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31