3 Iyul 2026, Cümə
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur
Millimiz Lüksemburqa qalib gəldi
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu
Mustafayev daha 2 il "Sumqayıt"da

Digər idman növləri

Güləşçilərimiz Rusiyaya yollanır

Sentyabrın 24-dən 25-dək Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil ediləcək yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək.
 
Ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək. Komandamız sabah Rusiyaya yollanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31