27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Digər idman növləri

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, yarış Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında baş tutub.
 
AKAF-ın binasının yaxınlığında, Xəzər dənizində baş tutan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80 nəfərə yaxın idmançı mübarizə aparıb. Yeniyetmə və gənclərdən ibarət yarış iştirakçıları avarçəkmənin akademik, kayak, kanoe növlərində 200, 500 metr məsafədə güclərini sınayıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
 
Qeyd edək ki, AKAF tərəfindən yeniyetmə və gənclər arasında bu cür daxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, onlar arasından perspektivli idmançılar seçərək daha güclü milli komanda formalaşdırmaqdır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31