11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Digər idman növləri

Azərbaycan millisinin liberosu: "Mənəvi olaraq çətin idi"

"Mənəvi olaraq çətin idi, çünki səfərdə bir neçə oyunda uduzmuşduq".
 
Futbolxeber.az saytının Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Qızıl Avropa Liqasında Estoniya yığmasına 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisinin liberosu Yuliya Kərimova deyib.
 
O, həyəcanlı olduğunu deyib: “Estoniya millisinə qarşı komanda olaraq yaxşı oynadıq. Bir qədər həyəcan var idi, çalışdıq öz oyunumuzu göstərək və bunun öhdəsindən gəldik. Avstriya ilə matça hazırlaşacağıq. Həmin qarşılaşmada da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Öz oyunuma gəldikdə, bəzi hallarda razı qaldım, bəzən yox. Estoniya ilə qarşılaşmanı təhlil etdikdən sonra artıq səhvlərimi biləcəyəm və onları təkrarlamamağa çalışacağam”.
 
Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) uduzub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31