11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Digər idman növləri

Şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.
 
Futbolxeber.az saytına Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə AŞF-nin birgə təşkil edəcəyi yarış 9 turdan ibarət olacaq
 
İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaqlar.
 
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.
 
Qeyd edək ki, kişi şahmatçılar arasında ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31