9 May 2026, Şənbə
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci

Digər idman növləri

Daha 3 boksçumuz Avropa birinciliyində mərhələ adladı

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısı ilk görüşünü qələbə ilə başa vurub.

48 kq-da Bilalhəbaşi Nəzərov Eris Sədullahla (Türkiyə) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Nəzərov rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Skot Tompsonla qarşılaşacaq. Döyüş aprelin 11-də olacaq.

Onun uğurunu Ömər Aslanlı (54 kq) da təkrarlayıb. Yığma üzvü Aleksey Sarıoğlunu (Moldova) mübarizədən kənarlaşdırıb - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Aslanlı aprelin 9-da 1/8 final çərçivəsində fransalı Cemmal Mohamedlə üz-üzə gələcək.

İbrahim Zeynalov (63,5 kq) da ilk qarşılaşmasından qalib ayrılıb. Təmsilçimiz Sandro Spiçadan (Fransa) güclü olub. Rəqibini 5:2 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Emmanuil Fotiadislə (Yunanıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş aprelin 9-na təsadüf edəcək.

Qeyd edək ki, yarışın ilk günündə Məhəmmədəli Qasımzadə (60 kq) də 1/8 finala vəsiqə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31