7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

FIDE reytinqi: Şəhriyar Məmmədyarov 7 pillə irəlilədi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mart ayı üçün reytinq cədvəli açıqlanıb.

Futbolxeber.az-ın FIDE-nin saytına istinadən verdiyi məlumata görə, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.

Ötən reytinqlə müqayisədə yeddi pillə irəliləyən Şəhriyar Məmmədyarov (2734) 19-cı sıraya yüksəlib.

Teymur Rəcəbov (2723) isə 25-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2651) 85-ci sıraya qalxıb, Nicat Abasov isə ilk “100-lüy”ü tərk edib.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2789) müvafiq olaraq 2-3-cü yerləri bölüşdürürlər.

Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstərici Günay Məmmədzadəyə (2449) məxsusdur. Ötən ay reytinqlə müqayisədə 1 pillə geriləyən qrosmeyster 27-ci yeri tutur. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 102-ci sıraya geriləyiblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31