26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Digər idman növləri

“Azərreyl”in kapitanından qələbə şərhi

“Baş məşqçinin fərqli təlimatları, taktikası və oyunçu dəyişiklikləri ilə oyunu çevirməyi bacardıq, qalib gəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Aynur İmanova “Abşeron”a 3:2 hesabı ilə qalib gəldikləri Yüksək Liqanın X turunun oyunu ilə bağlı danışarkən deyib.

Kapitan əzmkar qələbəyə görə çox sevincli olduqlarını bildirib: “İlk oyunda rəqibə məğlub olmuşduq. Budəfəki duelə çox ciddi hazırlaşmışdıq. Mübarizəyə yaxşı başlasaq da, ilk iki setdə uduzduq. Ancaq sonda qalib gəldik. Qələbə münasibətilə həm komanda yoldaşlarımı, həm də məşqçi heyətini təbrik edirəm. Bizi dəstəklədikləri üçün azarkeşlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 10 turdan sonra “Azərreyl” 24 xalla turnir cədvəlinə başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31