15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni idmançı cəlb olunub

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni idmançı cəlb olunub.

Futbolxeber.az saytının Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Murad Sadıqov yığmanın şərəfini qoruyacaq.

O, komanda daxilində əhvali-ruhiyyənin yüksək olduğunu bildirib: “Gələcək yarışlar üçün maksimum güclə məşqlər keçirik. Bu bazada ilin bütün fəsillərində, hətta qışda da məşq keçmək mümkündür. Hər şey yüksək səviyyədədir. Özümə nümunə götürdüyüm dünya səviyyəli avarçəkənlər var. Onların məşqlərini mütəmadi olaraq izləyirəm. Qarşıdakı beynəlxalq yarışlarda uğur qazanmağa çalışacağam”.

Qeyd edək ki, akademik avarçəkmə üzrə Azərbaycan millisinə ukraynalı mütəxəssis Vladimir Morozov baş məşqçi təyin olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31