15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

"Formula 1": 2023 mövsümündə ən yaxşı ötmələrdən biri Bakıda olub

"Formula 1" 2023 mövsümündə ən yaxşı ötmə əməliyyatını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.

Futbolxeber.az-ın yarışın rəsmi "X" hesabına istinadən verdiyi məlumata görə, 5 pilot namizədlər sırasında yer alıb.

"Aston Martin" pilotu Fernando Alonsonun 3, "Ferrari"dən Şarl Leklerin 2, "Red Bull"dan Serxio Peres, "Haas"dan Kevin Maqnussen, “McLaren” komandasından Lando Norrisin hərəyə 1 ötməsi siyahıda göstərilib.

Alonsonun Azərbaycan Qran-prisində "Ferrari"dən Karlos Saynsı keçməsi də namizədlərdən biridir.

Qeyd edək ki, başa çatan mövsümdə "Red Bull"dan Maks Ferstappen qalib olub. Bakıdakı yarış aprelin 28-30-da gerçəkləşmişdi.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30