5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Digər idman növləri

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə qaçış tədbiri noyabrın 24-də Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da olacaq.

Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28