15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

“Vüqar Həşimov Memorial-2023” superturniri Qəbələdə keçiriləcək

Qəbələdə görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, dekabrın 7-11-i aralığında 10 şahmatçının iştirakı ilə baş tutacaq yarış rapid və blits üzrə təşkil olunacaq.

Sayca 9-cu superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə baş tutub. Dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2 (2016, 2017), ABŞ təmsilçisi Fabiano Karuana (2021) və özbəkistanlı Nodirbek Abdusattorov (2022) isə hərəyə 1 dəfə turnirin qalibi olublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31