24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Digər idman növləri

Azərbaycanın millisi Avropa çempionatında mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, Ataman Güneyligilin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gələcək.

Almaniyanın Düsseldorf şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qrupun digər matçında İsveç Türkiyə yığması ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Reqlamentə əsasən, qrupda ilk 4 pillədə qərarlaşacaq komandalar 1/8 finala yüksələcəklər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31