2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Təmsilçilərimizin Avropa kubokundakı rəqibləri məlum oldu

EHF Avropa kubokunun 2023/2024 mövsümünün püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, tədbir Avstriyanın paytaxtı Vyanada keçirilib. Bununla da Azərbaycanın həndbol komandalarının rəqiblərinin də adına aydınlıq gəlib. Komandalar yarışa 1/32 final mərhələsindən qatılacaqlar. Qadınlardan ibarət “Azəryol” Bosniya və Herseqovinanın “ZRK Krivaya”, “Qarabağ” İspaniyanın “KH-7 BM Qranollers”, “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə qarşılaşacaq. İlk oyunlar 23-24 sentyabrda, cavab görüşləri 30 sentyabr - 1 oktyabr tarixlərinə olacaq.

Kişilərdən ibarət “Azəryol” 1-ci mərhələnin “Amber” (Litva) - “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları 21-22-də keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31