2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Millimizin kapitanı Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli blokçumuzun komandası "Vasas" finalda "Bekescsaba" klubu ilə üz-üzə gəlib.

İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan kapitanımızın komandası son matçı 3:0 (25:11, 25:17, 25:13) hesabı ilə öz xeyrinə başa vurub.

Beləliklə, finalın hər üç matçında qələbə qazanan "Vasas" klubu Macarıstan çempionu olub və ötən ilki titulunu qoruyub. Bu oyunda millimizin və "Vasas"ın kapitanı 18 dəfə fərqlənib. Ayşən bu xallardan 10-nu hücumda, 8-ni isə blokda qazanıb. Kapitanımızın blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.

Qeyd edək ki, bu il Ayşənin çıxış etdiyi “Vasas” həm də Macarıstan kubokunu qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31