9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Digər idman növləri

Boks millimiz Dünya Kubokunu 6 medal qazanıb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub.

Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31