6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Digər idman növləri

Çempionatın daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu birincilərin oyunçularının xəstələnməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi” klubunun rəhbərliyi bununla bağlı müraciət ünvanlayıb.

Adıçəkilən klubun müraciətində bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkədə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər və məşqlərdə iştirak edə bilmirlər. Bu səbəbdən AVF qarşılaşmanın başqa vaxta keçirilməsini qərara alıb.

Beləliklə, bu gün yalnız MOİK - “Murov” oyunu baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, qadın voleybolçular arasında yanvarın 11-də keçirilməli olan Azərbaycan Yüksək Liqasının II turunun “Murov” - UNEC matçı eyni səbəbdən təxirə salınıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31