6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Digər idman növləri

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Aprelin 28-30-u aralığında keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi müəyyənləşib.

Futbolxeber.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, yarışı izləmək istəyənlər 20 faiz endirimlə təklif olunan kampaniyadan yanvarın 15-dək yararlana bilərlər.

İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır.

Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.

Biletləri BŞH-ın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin satış nöqtələrindən əldə etmək mümkündür:

• “28 Mall” Ticarət Mərkəzi

• “Gənclik Mall” Ticarət Mərkəzi

• Heydər Əliyev Sarayı

• Köşk №1 (M.Rəsulzadə 3)

• Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)

• 1 saylı "ASAN xidmət” mərkəzi

• 2 saylı "ASAN xidmət” mərkəzi

• 3 saylı "ASAN xidmət” mərkəzi

• 4 saylı "ASAN xidmət” mərkəzi

• Sumqayıt "ASAN xidmət" mərkəzi

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31