Digər idman növləri
İlham Əliyev: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
“Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Prezident İlham Əliyev bu gün V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə deyib.
Dövlət başçısı həmçinin bildirib: “Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki, edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”.
Prezident onu da deyib ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır: “Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var, - təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir, - biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.
Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
-
17:03
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
09:20
“Qarabağ”, yoxsa “Zirə”?
-
09:10
U-20 millimiz Moldovanı sınağa çəkir
-
09:00
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
03.10.2026
02.10.2026
























