Digər idman növləri
Prezident və birinci xanım idmançılarla görüşdü
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.
Futbolxeber.az saytının məlumatına görə, dövlət başçısı görüşdə çıxış edib.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. O deyib:
- Əziz dostlar.
Əziz idmançılar. Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır.
V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər.
Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib.
Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Baxmayaraq ki, əfsuslar olsun, bəzi hallarda hakimlər sizə qarşı ədalətsiz olmuşdular, qərəzli olmuşdular. Mən imkan daxilində yarışları izləyirdim və görürdüm ki, bizim idmançılarımıza qarşı nə qədər böyük ədalətsizlik göstərilir. Amma buna baxmayaraq, siz təmkinlə, həm özünüz, həm də ki, məşqçiləriniz çox düzgün addımlar ataraq öz gücünüzü sübut etməyə çalışmısınız və buna nail olmusunuz.
Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır.
Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onu da bildirməliyəm ki, bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir.
Oyunlar artıq tarixdir. İdmançılarımız bu medalları əminəm ki, qürur hissi ilə daşıyacaqlar. Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır.
Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var. Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir.
Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.
Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.
Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm.
Sonra Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov, voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov, V İslamiadanın sərbəst güləş yarışlarının qızıl medalçısı Hacı Əliyev, bədii gimnastika üzrə milli komandamızın üzvü, İslamiadanın qızıl və gümüş medalçısı Güllü Ağalarzadə çıxış etdilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Qarabağ”a qarşı namərdlik
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Cavadovdan “Dinamo”ya dəstək
- Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
- Azərbaycan kuboku: 1/4 finalın oyun cədvəli açıqlandı
- “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq
- Füzuli Məmmədov və “Karvan-Yevlax”dan alqışlanası addım
- “Qarabağ”ın yeni transferi: “Keçidimə İmad Faraj dəstək oldu”
- “Neftçi”dən azarkeşlərə jest: Oyun biletlərinin qiymətində endirim
- “Lənkəran” oyuna gəlmədi, "Neftçi" böyükhesablı qələbə qazandı
- “Neftçi”yə sahib çıxmaq zamanı
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
-
17:52
Cüdo Federasiyası Gəncədə kəmər imtahanı təşkil edib
-
17:28
I Liqada hakim təyinatları
-
17:03
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
-
16:45
Azərbaycanı Böyük İpək Yolu turnirində 43 boksçu təmsil edəcək
-
16:14
Millimiz FIFA reytinqində irəlilədi
-
15:51
Adiyev istefaya göndərildi
-
15:39
"Şahdağ Qusar"ın təcavüzkar davranan anqolalı futbolçusu cəzalandırıldı
-
15:27
AFFA 3 komandanı yarışlardan kənarlaşdırdı
-
15:00
Şahmatçılarının FIDE reytinqində yeni mövqeləri
-
14:46
"Kəpəz" 6500 manat cərimələndi
-
14:12
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
-
13:38
Sevinməyin adamına görə dəyişməkliyi
-
13:05
Vaqif Cavadov Azərbaycan millisində
-
12:23
Qattuzo: “Bu nəticəyə görə üzr istəyirəm”
-
11:49
Güc idman növləri üzrə Azərbaycan çempionları müəyyənləşib
-
10:54
"Qarabağ"ın yarımmüdafiəçisi Sloveniyaya qarşı oynadı
-
10:31
Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi
-
10:17
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
-
10:00
İtaliya millisi yenə dünya çempionatından kənarda qaldı VİDEO
-
17:51
Güləş yığmamız Bursada toplanışa başlayır
-
17:38
Basketbol millimizin rəqibləri müəyyənləşib
-
16:29
"Milan" 19 yaşlı hücumçu transfer etdi
-
16:12
"Böyük İpək Yolu" turnirinə 10 ölkədən 150-dək boksçu qatılacaq
-
15:47
Qana millisinin baş məşqçisi istefaya göndərildi
-
14:30
"Barselona" Fliklə müqaviləni yeniləyir
-
13:53
Gəncədə keçiriləcək Avropa Kubokunda 11 ölkə iştirak edəcək
-
13:24
Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
-
13:15
Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
-
12:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:31
"Araz-Naxçıvan"ın qapıçısı Kiprdə ehtiyatda qaldı
-
12:08
Almaniya Qananı məğlub etdi VİDEO
-
11:59
Elvin Cəfərquliyev: “C Liqasına qayıdacağımıza inanırıq”
-
11:17
Avropa çempionatı: Minifutbol millimizin oyunlarının vaxtı açıqlanıb
-
10:42
"Zirə"nin legioneri FİFA seriyasının ən yaxşısı seçildi
-
10:23
"Neftçi" qələbə qazanıb
-
10:00
Millimiz penaltilərdə sevindi VİDEO
-
16:00
Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ
-
15:45
"Qarabağ"dan daha bir jest: Bu dəfə uşaqlara
-
14:53
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
-
13:38
"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşdi
-
12:16
Lukaku "Napoli"dən gedir
-
11:22
Azərbaycan - Syerra Leone matçı özbək hakimlərə tapşırıldı
-
10:54
"Qarabağ"ın kubok oyununun biletləri satışa çıxır
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
-
09:45
Litva Gürcüstana məğlub oldu
-
21:43
Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
-
21:17
Riad Rəfiyev Harvardın məzunu oldu FOTOLENT
-
21:04
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
17:55
Tofiq Musayev: "Qolum sınsa da, döyüşməyə davam etdim"
01.04.2026
31.03.2026
30.03.2026
29.03.2026
Arxiv
| Aprel 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | 05 | ||
| 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||























