11 Fevral 2026, Çərşənbə
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Digər idman növləri

MDB Oyunlarında cüdo yığmamızdan gümüş medal

Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, millimiz 1/4 finalda Qırğızıstana, yarımfinalda Qazaxıstana qalib gəlsə də, finalda Özbəkistana 3:5 hesabı ilə uduzub.

Finalda 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.

Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28