25 Fevral 2026, Çərşənbə
Bu dəfə minimal məğlubiyyət
Kurban Berdıyevdən qələbə şərhi
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
Millimiz Tacikistana uduzdu

Digər idman növləri

Taekvondoçularımız da medalsız qaldılar

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 2 idmançımız uğursuzluğa düçar olub.

Futbolxeber.az saytının məlumatına görə, bu gün mübarizə qoşulan 2 taekvandoçumuz medalsız qalıb.

67 kq çəki dərəcəsində yarışan qadın idmançımız Fəridə Əzizova 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub.

Bununla da Azərbaycan millisinin bayraqdarlarından biri elə ilk görüşündəcə mübarizəni dayandırıb.

Digər taekvonduçumuz Milad Behraçaqani 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində 15:11 (0:0, 6:7, 9:4) hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. 80 kq çəki dərəcəsində yarışan idmançımız bu mərhələdə Özbəkistanı təmsil edən Nikita Rafailoviçlə görüşüb. Rəqibinə 1:12 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28