1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Millimiz Türkiyə ilə məşq keçirir

Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışı keçir.
 
Futbolxəbər.az saytının məlumatına görə, mayın 10-dan paytaxtda yığmamızla birgə hazırlıq prosesinə start verilib.
 
Olimpiya Güləş Mərkəzində keçirilən birgə təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı toplanış qarşıdan gələn yarışlara, o cümlədən iyunun sonu - iyulun əvvəllərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
 
Bu arada onu da nəzərinizə çatdıraq ki, Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasına baş çəkib. Həm Türkiyə, həm də Azərbaycan yığmalarının məşqçiləri ilə görüşən səfir onlarla xatirə şəkli çəkdirib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30