3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Azərbaycandan çıxa bilməyən idmançıdan sərt müraciət

Hazırda Azərbaycanda olan və koronavirus pandemiyası səbəbindən sərhədlər bağlı olduğu üçün ölkəsinə gedə bilməyən ağırlıqqaldırma üzrə Tunis çempionu Karem Ben Hnia ölkəsinə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, idmançı Feysbuk sosial şəbəkəsi vasitəsi ilə Tunisin səlahiyyətli nümayəndələrinə səslənib.

Ağırlıqqaldıran ölkəsinin Gənclər və İdman naziri Əhməd Kaaloul və Olimpiya Komitəsinin prezidenti Mehrez Bossiandən ölkəsinə getmək üçün kömək istəyib. Ben Haniyeh etirazını da bildirib: "Filippindən olanlar evakuasiya edildi. Bizi Azərbaycanın göndərməyini gözləyirsiniz? Nə vaxta qədər?”

Qeyd edək ki, 2019-cu il Afrika Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanmış Karem Ben Hnia hazırda baş məşqçi və 3 həmkarı ilə birlikdə Azərbaycandadır. Onlar koronavirus pandemiyasından əvvəl Bakıya təlim-məşq toplanışına gəliblər. Lakin sərhədlər bağlandığı üçün komanda üzvləri ölkəni tərk edə bilmirlər (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30