27 Mart 2026, Cümə
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Digər idman növləri

Azad Rəhimov: "Olimpiadada hamını sevindirə biləcəyik"

"Tarixi gündür. Bu gün tanınmış şirkətlər idmanla sıx əlaqədədir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində çıxış edərkən deyib.

A.Rəhimov bildirib ki, əvvəllər biznesdən idmana bu qədər dəstək olmayıb: "İndi isə biznes idman cəmiyyətdə olan ab-havanı dəyişdirməkdədir. Biznes idmana qatılır. İdmandakı uğurlar şirkətlər üçün maraqlıdır. Dünyanın ən möhtəşəm tədbiri olan Olimpiya Oyunları bu dəfə Tokioda keçiriləcək. İlk dəfə deyil ki, olimpiadaya qatılırıq. İnsanlar bu oyunları maraqla izləyir. Bu tərəfdaşlıq şirkətlər üçün də xeyirli olacaq. Hamınızı bu münasibətlə təbrik edirəm. Bu gün biz bir yerdəyik. Vacib olan tədbir keçirilib. Bütün idmançılarımıza Tokio olimpiadasında uğurlar arzulayıram. İnanıram ki, hamını sevindirə biləcəyik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31