7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

Tokio-2020 təxirə salınmayacaq

Yaponiya hökumətinin sözçüsü Yosihide Suqa Beynəlxalq Olimpiya Komitəsinin (İOC) nümayəndəsi Dik Paundun koronavirus epidemiyasına görə Tokio Olimpiadasının təxirə salına biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, o, Tokio-2020-yə hazırlığın plan üzrə davam etdiyini söyləyib: "İOC Paundun açıqlamalarının rəsmi olmadığını və Olimpiadaya hazırlıqların planlaşdırılmış qaydada davam etdiyini bizə bildirib".

Qeyd edək ki, D.Paund koronovirusa görə olimpiadanın keçirilib-keçirilməməsinə yarışın başlamasına iki ay qalmış qərar veriləcəyini söyləyib. İyulun 24-də start götürəcək Tokio-2020 avqustun 9-da başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31