Digər idman növləri
"Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm"
“Noyabrın sonlarında Azərbaycan çempionatı olacaq. Yarışın nəticəsinə uyğun kollektiv formalaşdıracağıq. Qaliblər komandaya cəlb ediləcəklər”.
Futbolxeber.az saytının məlumatına görə, bunu boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Dominqez deyib.
53 yaşlı kubalı mütəxəssis Azərbaycan Boks Federasiyasının saytına açıqlamasında əsas diqqəti texniki və fiziki hazırlığa yönəldəcəkləri bildirib: “Bundan sonra onların hər birini yoxlayacağıq, fiziki durumunu nəzərdən keçirib, səviyyəsini daha yaxşı biləcəyik. Ardınca məşqləri davam etdirəcəyik. Əsas diqqət texniki və fiziki hazırlığa yönələcək”.
Əcnəbi məşqçi Bakı və Azərbaycan boksçuları barədə danışıb: “Əvvəllər Bakıda olmuşam. Dünya çempionatı zamanı paytaxtınıza gəlmişdim. Bakı, Azərbaycan haqda məlumatım var, insanlarınızın xarakterinə, qonaqpərvərliyinə bələdəm. Azərbaycan boksçularına gəldikdə, onlar barədə əvvəldən də çox şey bilirəm. Beynəlxalq arenada yüksək nailiyyətlər əldə edirlər. Kuba yığmasında çalışdığım zaman Azərbaycan boksçularından həmişə çəkinmişik və onlara rəqib olmaq istəmirdik. 3 il Rusiya işləmişəm. Orada millidə də çalışmışam. Bu da Azərbaycan komandasını daha yaxşı tanımaq baxımından əhəmiyyətli rol oynayıb”.
18 dünya birinciliyi, 1 dünya çempionatı və 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxaran təcrübəli mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmağı planlaşdırdıqlarını da vurğulayıb. O, 6 vəsiqə əldə edəcəklərinə inam ifadə edib: “Məsuliyyətimizi bilirik. Çalışacağıq ki, maksimum sayda vəsiqə əldə edək. Amma 8 çəki dərəcəsindən 6-da lisenziya qazansaq, bu, çox gözəl olacaq. Hələlik əsas hədəfimiz budur”.
Dominqez gələn il 13 - 23 martda Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdəki Dünya Olimpiya Təsnifat Turniri ilə bağlı hazırlıq planını da açıqlayıb: “Azərbaycan çempionatının yekununa əsasən bir araya gələcəyik. Öncə bir neçə milli komanda ilə birgə təlim-məşq toplanışımız olacaq. Yanvarda ölkə xaricinə çıxacağıq, hazırlığı orada davam etdirəcəyik. Fevralda dağlıq ərazidə məşq planlaşdırırıq. Martda ilk lisenziya turnirinə qatılacağıq. Burada qazanacağımız vəsiqələrin sayından asılı olaraq, növbəti lisenziya turnirinə hazırlaşacağıq”.
Dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanan 53 yaşlı çalışdırıcı Tokio-2020-də 10-cu çempionluğu əldə etmək istəyini bildirib: “Komandada motivasiya çox yüksəkdir. Buna əsasən deyə bilərəm ki, istəyimizə doğru inamla addımlayacağıq. Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm. İnanıram ki, bunu bacaracağıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
18.11.2026
17.11.2026
16.11.2026
























