17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Cüdo millimiz komanda hesabında 5-ci oldu

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşıb.

Bu görüşdən 4:3 hesablı qələbə ilə ayrılan komandamız uğurun davamını gətirə bilməyib. 1/4 finalda Braziliyaya 1:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşlərə qatılıb və bürünc medal uğrunda ilk cəhddə Cənubi Koreyadan güclü olublar - 4:2. Amma mükafat uğrunda son görüşdə Rusiyaya yenilən (1:4) yığmamız mundialı medalsız başa vurub.

Qeyd edək ki, komandada yarışlarından fərqli, fərdi yarışlarda millimizin 2 üzvü fəxri kürsüyə yüksəlməyi bacarmışdı. Belə ki, 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30