13 Fevral 2026, Cümə
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Digər idman növləri

Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsüdür

Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, 8 gün davam edən yarışın yekununa əsasən medal qazanan ölkələrin də siyahısı açıqlanıb.

Mundialda tam heyətlə təmsil olunan yığmamız 4 medal yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub.

Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 2-ci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərik olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+91 kq) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimovla (49 kq) Surət Qarayev (81 kq) bürünc medal qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28