3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Digər idman növləri

2 boksçumuz yarımfinalda

Dünən Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.

Belə ki, 81 kq çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) döyüşüb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarayev 1/2 finalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, 1/4 finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Təmsilçimiz final üçün xorvatiyalı Yosip Biletiçlə üz-üzə gələcək.

Qarayevlə Abdullayevdən fərqli, Nicat Həsənov 1/4 final səddini keçə bilməyib. 69 kq çəki dərəcəsində yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.

Bu gün başa çatacaq 1/4 finalda daha 4 boksçumuz mübarizə aparacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq.  





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31