30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Digər idman növləri

Braziliya yığmasından növbəti çempionluq

Qadın voleybolçular arasında Qran-pri yarışları başa çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə,  turnirin qalibi Braziliya millisi olub.
 
“Sambaçılar” həlledici görüşdə İtaliya millisini məğlub ediblər – 3:2 (26:24, 17:25, 25:22, 22:25, 8:15). Bu, braziliyalıların analoji yarışda 12-ci çempionluğu olub. Onlar bunadək 11 qızıl, 5 gümüş və 2 bürünc medal qazanmışdılar.
 
Üçüncü yer isə Serbiyaya qismət olub. Onlar “bürünc döyüşü”ndə Çinə 3:1 (25:22, 20:25, 25:23, 25:21) hesabı ilə qalib gəliblər.
 
Növbəti sıralarda müvafiq olaraq, Hollandiya, ABŞ, Yaponiya, Dominikan Respublikası, Rusiya, Tailand, Türkiyə və Belçika voleybolçuları qərarlaşıblar.
 
Qeyd edək ki, braziliyalı Natalya Pereyra Qran-prinin ən dəyərli oyunçusu seçilib.
 

apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30