11 Iyul 2026, Şənbə
DÇ-2026: İspaniya yarımfinalda
"Neftçi"dən böyük hesablı qələbə
Kamilo Duran rəsmən “Seltik”də
DÇ-2026: Fransa yarımfinalda

Digər idman növləri

Millimiz dünya çempionatının hazırlığına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib.

Qeyd edək ki, dünya çempionatında yığmamızın şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31