15 Dekabr 2025, Bazar ertəsi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”
Tahir Gözel Əkbərlə görüşdü
Azər Bağırovdan qələbə şərhi

Digər idman növləri

İslamiada: 2 taekvondoçumuz yarımfinalda

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına bu gün yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, son yarış günündə 4 idmançımız mübarizə aparacaq.

Kişilər

63 kq

Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Dünya kubokunun qızıl medalçısı İbrahim Zarmana (İndoneziya) 9:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. İdmançımız bu mərhələdə Ömər Xəyyami (Mərakeş) ilə döyüşüb və rəqibini  26:10 hesabı ilə məğlub etməklə yarımfinala adlayıb.

74 kq

Səid Quliyev yarışa 1/4 finaldan qoşulacaq. Gənclərin Olimpiadasında “qızıl” medal qazanmış idmançımız Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq.

87 kq

Ramin Əzizov 1/4 finalda Anas Sadeklə (İordaniya) üz-üzə gəlib. Taekvondoçumuz rəqibini 27:8 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.

Qadınlar

62 kq

Təmsilçimiz Darya Şkurko 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auni ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş idmançımızın 8:10 hesablı yenilgisi ilə tamamlanıb.

Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə millimiz 5 qızıl və 2 gümüş medal qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31