Digər idman növləri
AAAF rəhbərliyi Səudiyyə Ərəbistanından olan qonaqlarla görüş keçirib
Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika üzrə yarışlarda iştirak edəcək Səudiyyə Ərəbistanı yığmasının nümayəndələri Bakıya gəliblər. Futbolxeber.az saytının məlumatına görə, onların məqsədi ölkəmizdə Oyunlara yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışına münasib məkan seçmək olub. Qonaqlara ağır atletika üzrə milli komandaların mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksi tövsiyə edilib.
Ağır atletika üzrə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Hoseyn Əlsalis və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin mütəxəssisi Nəvaf Bendexayel burada yaradılan şəraitlə tanış olublar. Onlara buradakı məşq və yarış zalı, fitness mərkəzi, futbol ve tennis meydançaları, Gimnastika və cüdo zalı, həmçinin istirahət və bərpa üçün nəzərdə tutulan bütün obyektlər nümayiş etdirilib. Qonaqlara bildirilib ki, Azərbaycanda ağır atletikanın inkişafı üçün müstəsna işlər aparılır.
Regionlarda zallar tikilir, mövcud infrastruktur yenilənir, yeniyetmə və gənc atletlərin təhsilinə xüsusi önəm verilir, onların qidalanma, istirahət və məşq prosesinə ən yüksək səviyyədə diqqət yetirilir, bütün gərəkli addımlar atılır.
Qonaqları Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidentləri Azər Əliyev, Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov müşayiət edib. Səudiyyə Ərəbistanında ağır atletikada yeni dövrün başlandığını, ölkələrində bu idman növünə münasibətin xeyli dəyişdiyini və Azərbaycan kimi ölkələrin təcrübəsinə ehtiyacı olduqlarını qeyd edən Bendenxayel və Əlsalis burada gördüklərindən heyrətə gəldiklərini bildiriblər. Onların fikrincə, bir ağır atletin ən yüksək peşəkar səviyyədə hazırlığı üçün gərəkli olan bütün obyektlərin bir arada, bu qədər yaxın və effektiv olmasını dünyanın heç bir yerində görməyiblər. Azərbaycanı, onun ağır atletikaya münasibətini özlərinə nümunə kimi götürəcəklərini qeyd edən qonaqlar Səudiyyə Ərəbistanı yığmasını mütləq buraya gətirəcəklərini, təcrübə mübadiləsi edəcəklərini deyiblər.
Daha sonra dəyirmi masa arxasında görüş keçirilib. AAAF rəhbərliyi qonaqlar üçün qapılarının həmişə açıq olduğunu bildirib. Bakıda keçiriləcək İslam Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, 2015-ci il ilk Avropa Oyunlarındakı təşkilatçılığa yüksək qiymət verilib. AAAF-ın vitse-prezidenti Azər Əliyev idmanın bütün növlərinə dövlət səviyyəsində qayğı göstərildiyini, istər qitə, istər dünya, istərsə də Olimpiya səhnəsində əldə edilən uğurların bunun məntiqi nəticəsi olduğunu bildirib. O, qonaqların ağır atletika yığmasının həm Azərbaycanda keçirəcəyi təlim-məşq toplanışından, həm də İslam Oyunlarından çox razı qalacağını qeyd edib.
Səudiyyə Ərəbistanından gələn qonaqlar təlim-məşq bazasından və yaradılan şəraitdən çox razı qaldıqlarını bir daha dilə gətirib, ağır atletika yığmalarının İslam Oyunlarından öncə məhz burada hazırlıq keçəcəklərinə qərar verdiklərini bildirib. Tərəflər gələcəkdə də əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə inamlarını ifadə ediblər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
14.11.2026
13.11.2026
12.11.2026
























