2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Digər idman növləri

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.

İCF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Qeyd edək ki, Xose Perurena Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner İCF-yə 2008-ci ildən rəhbərlik edir. X.Perurena 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30