Digər idman növləri
“Tunisdə terror hücumları baş verdiyindən, Konqresi Azərbaycana keçirdik”
"Bu, Azərbaycana 3-cü səfərimdir. İlk gəlişim 2011-ci ildə Beynəlxalq Prezident Kuboku Reqatası vaxtı baş vermişdi. Ondan sonra "Bakı-2015" I Avropa Oyunlarında iştirak etmişdim. İndi isə burada iclasda iştirak edirik”.
Futbolxeber.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopez qurumun "Boulevard Hotel"də təşkil olunan XXXVI Konqresi barədə danışarkən deyib.
İspaniyalı qonaq İCF-nin növbəti Konqresinin Bakıda keçirilməsindən böyük məmnunluq hissi duyduğunu qeyd edib: "İCF Konqreslərini iki ildən bir keçirir. Sonucu Konqresdə qərara gəlmişdik ki, növbəti iclası Tunisdə keçirək. Təəssüf ki, Tunisdə terror hücumları baş verdiyindən, federasiyanın Rəyasət Heyəti Növbəti Konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar apardım. Azərbaycan tərəfi və İCF-nin Rəyasət Heyətinin razılığı ilə növbəti Konqresi Bakıda keçirməyə qərar verdik. 100-dən çox ölkənin nümayəndəsinin Bakıda qəbul edilməsi və tədbirin təşkili böyük məsuliyyət, peşəkarlıq tələb edir. Azərbaycanın yüksək potensialı ilə tanışam və bilirəm ki, bu ölkə beynəlxalq irimiqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. Dünən Rəyasət Heyətimizin iclasında yekdilliklə Bakıdakı şəraitdən böyük razılıq ifadə olundu".
O, bildirib ki, Azərbaycana da İCF-nin idarəçilik strukturunda təmsil olunmağı təklif edib: “Kanoe ictimaiyyəti və iclaslarımız demokratikdir. Demokratik baxışla ümumi sistemin qəbul edilməsi bir qədər müəmmalı görünər. Çünki ümumi sitemin hər bir predmetinin xüsusi mövqeyi ola bilər. Ona görə də Konqres iştirakçıları hər bir predmetə ayrıca səs verməyə üstünlük verdilər. Bu, bizim üçün çox vacibdir. Çünki bugünkü tədbir Növbədənkənar Konqres idi. İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramını, yeni idarəçilik strukturunu müzakirəyə qoyduq və bu da gündəmdə vacib yer tutur. Çox şadam ki, bütün Konqres nümayəndələri hər bir predmet üzrə səs verdilər. Bu gün iclasımızda yalnız struktur məsələləri müzakirəyə qoyuldu. Sabah isə növbəti iclasda İCF-nin yeni prezidenti seçiləcək. Burada hər qitədən 4 üzv iştirak edir. Mən Azərbaycan nümayəndəliyinə də təklif etdim ki, gələcək üçün bu istiqamət üzrə irəli addım atsınlar. Çünki, Azərbaycan kanoe sahəsində çox güclü ölkədir”.
İCF prezidenti Azərbaycanda kayak və kanoe növlərinin vəziyyətindən və nüfuzlu beynəlxalq yarışların təşkili imkanlarından da danışıb: "Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastruktur mövcuddur. Bununla yanaşı, kanoe sahəsində çox potensiallı idmançılarınız var. İlk Avropa Oyunları zamanı Mingəçevirdəki şəraitlə tanış oldum. Orada yüksək struktur yaradılıb. Amma mən nüfuzlu yarışların təşkili baxımından Bakıya daha çox üstünlük verirəm”.
Qeyd edək ki, İCF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Millimiz Çexiyaya məğlub oldu
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
15.11.2026
14.11.2026
13.11.2026
























