3 Mart 2026, Çərşənbə axşamı
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

DÇ-2016: Argentina çempion!

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatına yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, finalda Rusiya və Argentina yığmaları üz-üzə gəlib. Gərgin keçən matç argentinalıların 5:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da 8-ci mundialın qalibi olan Argentina futzal tarixinə Braziliya (5 dəfə) və İspaniyadan (2 dəfə) sonra dünya çempionu adını qazanan üçüncü komanda kimi düşüb.

Bürünc medal uğrunda matçda isə İran Portuqaliya ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Penatilər seriyasında 4:3 hesablı qələbə qazanan İran yığması bürünc medala sahib çıxıb.

Xatırladaq ki, tarixində ilk dəfə dünya çempionatında çıxış edən Azərbaycan millisi mübarizəni 1/4 finalda dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31