Digər idman növləri
Vüqar Həşimov Akademiyasının təntənəli açılış mərasimi keçirilib
Oktyabrın 1-də Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, mərasim iştirakçıları, o cümlədən mərhumun yaxınları, Azərbaycan Şahmat Federasiyasının əməkdaşları, milli komandaların üzvləri və idman ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət edib, onunla bağlı xoş xatirələrindən danışıblar.
Mərhumun məzarı önünə əkil qoyulub, xatirəsi ehtiramla yad olunub.
Sonra akademiyanın açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın görkəmli qrossmeysterinin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçının qazandığı uğurlar barədə məlumat verib, akademiyanın fəaliyyətə başlamasının önəmini yüksək qiymətləndirib. Vitse-prezident bildirib ki, Vüqar Həşimov şahmatda qazandığı nailiyyətlərlə bundan sonra da yaddaşlarda qalacaq. Ölkəmizdə şahmatın inkişafına layiqli töhfələr verən Vüqar həmişə belə bir akademiyanın yaradılması arzusunda idi. Təəssüf ki, o, bu akademiyaya rəhbərlik edə bilmədi. Vüqar Həşimov ölkəsini sevən, komanda yoldaşları ilə daim mehriban münasibətdə olan və öz biliklərini şahmatçılarla bölüşməkdən çəkinməyən insan idi.
Azərbaycan komandasının Avropa çempionatında qələbəsinin məhz Vüqar Həşimovun sayəsində qazanıldığını diqqətə çatdıran Faiq Həsənov onun yoxluğunun ölkə şahmatında hiss olunduğunu deyib: “Yaxın günlərdə ölkəmizdə 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olundu. Vüqarın yoxluğu özünü nəticədə də göstərdi. İnanıram ki, Vüqar bu yarışa qatılsaydı, millimizin çıxışı daha uğurlu olardı”.
Akademiyada istedadlı şahmatçıların yetişəcəyinə əminliyini vurğulayan vitse-prezident yaradılan şəraitə görə şahmatçının ailə üzvlərinə təşəkkürünü bildirib.
V.Həşimovun komanda yoldaşları Qədir Hüseynov və Zeynəb Məmmədyarova mərhum şahmatçı barədə xatirələrini bölüşüb, onun sadiq dost, güclü şahmatçı olduğunu diqqətə çatdırıblar. Akademiyanın ölkəmizdə idmanın bu növünün təbliğində mühüm rol oynayacağını bildirən natiqlər burada şahmatın sirlərini öyrənənlərə ustad dərsləri və seanslar keçmək istədiklərini qeyd ediblər.
Vüqarın atası Qasım Həşimov oğlunun dünya şahmat tarixində iz buraxdığını bildirərək deyib. “İnsanlar mənə daim böyük hörmətlə yanaşırlar. Bu da məni qürurlandırır. Ölkəmizdə Şahmat Akademiyası yaratmaq Vüqarın çoxdankı arzusu idi. Bu gün onun arzusu gerçəkləşdi. Akademiyaya maraq da böyükdür. Ümid edirəm ki, burada istedadlı və Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcək zəka sahibləri yetişəcəklər”.
Qasım Həşimov Vüqarın beynəlxalq yarışlardakı partiyalarının bir nəşrdə toplanıb şahmatsevərlərə çatdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra Vüqar Həşimovun yaradıcılığından bəhs edən film nümayiş olunub.
Vüqar Həşimov adına Şahmat Fondunun prezidenti, Əməkdar Məşqçi Anar Allahverdiyev fondun nəzdində Akademiyanın fəaliyyətə başlaması münasibətilə idman ictimaiyyətini təbrik edərək deyib: “Vüqar həyatdan tez köçdüyü üçün onun arzuları yarımçıq qaldı. Bu gün onun arzularından ən əsası gerçəkləşdi. Fondun təşkilatçılığı ilə bir neçə turnir təşkil olunub. Akademiya şahmatın inkişafına, istedadlı idmançıların üzə çıxarılmasına, şahmatın kütləviləşməsinə mühüm təsir göstərəcək”.
Çıxışlardan sonra qonaqlar Akademiyanın binasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Akademiya 300-dək şahmatçını qəbul etmək iqtidarındadır. Akademiyanın binası iki böyük oyun zalından və dörd tədris otağından ibarətdir. Şahmat Akademiyasında idmanın bu qədim növünün sirlərinin öyrədilməsi üçün hər cür şərait yaradılıb. Dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Tədbir iştirakçıları Akademiyada yaradılan şəraiti yüksək qiymətləndirib, onun işinə uğurlar arzulayıblar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:37
"Hapoel Beer-Şeva" "Sabah"la oyundan əvvəl darmadağın oldu VİDEO
-
11:03
"Ayaks"ın vingeri PSJ-yə keçdi
-
10:45
Salah debüt etdi, "Trabzonspor" büdrədi VİDEO
-
10:22
Millimizin üzvü Macarıstan qol hesabını açdı
-
10:04
"Fənərbaxça" mövsümə məğlubiyyətlə başladı VİDEO
-
09:51
Toral “Bursaspor”da növbəti oyuna çıxdı
-
09:30
"Sumqayıt" "Neftçi"yə, "Zirə" "Şəfa"ya qarşı
-
22:43
“Araz-Naxçıvan”dan heç-heçə, “Kəpəz” uduzdu
-
22:28
"Araz-Naxçıvan" - "İmişli" matçında qalib aşkarlanmadı VİDEO
-
22:11
Cavid Hüseynov: “Potensialımız bundan daha çoxdur”
-
21:45
Cenk Sümer: “Transferlərimiz “nöqtə atışlarıdır”
-
20:57
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
-
19:39
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
-
18:12
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
-
16:44
Farajdan vida sözləri: “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm”
-
14:00
Ferran Torres PSJ-yə keçdi
-
13:26
"Neftçi" amerikalı legioneri heyətinə qatdı
-
12:58
Romero rəsmən “Atletiko”da
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:41
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
-
10:23
İtaliyalı futbolçu karyerasını başa vurdu
-
10:09
"Qalatasaray"dan uğursuz start VİDEO
-
09:52
Cəlal oynadı, komandası qalib gəldi
-
09:34
“Traktor” mövsümə qələbə ilə start verdi
-
23:25
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:04
Kurban Berdıyevdən qələbə şərhi
-
22:51
Kaxaber Sxadadze: “Turan Tovuz”un ciddi qol epizodları olmadı”
-
22:13
“Səbail” Boludakı ilk oyununda qalib gəldi
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
-
18:00
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
-
17:37
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
17:15
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
-
16:48
“Rapid” - “Harts” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
16:06
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb
-
15:23
“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı
-
14:51
Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi
-
14:39
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
-
14:14
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
-
14:00
“Fənərbaxça” braziliyalı legionerlə yollarını ayırdı
-
13:42
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
-
13:27
Milli üzvü "Neftçi"yə qayıtdı
-
12:55
Musa Qurbanlı: “Zamanla daha yaxşı olacaq”
-
12:38
"Gəncə" sabiq üzvü ilə güclənib
-
12:16
Markeviç: “Qarabağ”ın legionerlərinin fərdi ustalığı daha yüksək oldu”
-
11:41
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
16.08.2026
15.08.2026
14.08.2026
























