29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Bir güləşçimiz erməniyə qalib gəldi, digəri üçüncü oldu

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Futbolxeber.az saytının məlumatına görə, beşinci yarış günündə 50, 60, 74 və 96 çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə Ukrayna, Peru və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda ABŞ idmançısına uduzub. Bürünc medal görüşünə haqq qazanan güləşçimiz Türkiyə idmançısı ilə qarşılaşıb. Görüşü qələbə ilə tamamlayan Əliabbas Rzazadə Dünya çempionatının bürünc medalını qazanıb.

74 kq çəki dərəcəsində yarışan Murad Süleymanov Ermənistan, Latviya və Misirdən olan rəqiblərini üstələyib. Yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz hesabda öndə olduğu halda ani bir səhv nəticəsində qələbəni əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30