15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Bakı Şahmat Olimpiadası: Açılış mərasimin əsas məşqləri başladı

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır. Futbolxeber.az saytının məlumatına görə, artıq mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib.     

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə açılış üçün hazırlanan dekorasiyanın və lazımi texniki avadanlığın quraşdırılmasına başlanılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələriylə bağlı məqamlar o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.         

Avqustun 25-dən etibarən Bakı Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqləri başlayacaq.           

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.           








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31