16 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”

Digər idman növləri

Teymur Məmmədov: "Medal qazanacağıma inanırdım”

"Mən medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım. Komanda pis döyüşmədi. Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu". Futbolxeber.az saytının  "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı bayraqdarı boksçu Teymur Məmmədov deyib.

O, finalda hakimlərin Lorenso Sotomayora qarşı haqsızlıq etməsi fikri ilə razı olmadığını bildirib: "Bizdə belə bir deyim var: Azərbaycan idmançıları uduzmurlar, onları hakimlər uduzdurur (gülür - red.). Olimpiada elə bir yerdir ki, orada fərq etmir sən dünya çempionusan, ya da olimpiya çempionu. Orada heç tanınmayan idmançılar çıxıb qələbə qazanırlar".

Teymur Məmmədov jurnalistlərin Özbəkistan boksçularının uğurlu çıxışı ilə bağlı sualını da cavablandırıb: "Yəqin onlar yaxşı hazırlıq prosesi keçiblər".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28